...May ayında Rusiya Belarusdan 5170 ton reaktiv yanacaq idxal edib ki, bu da əvvəlki illə müqayisədə təxminən dörd dəfə çoxdur.
SİA xəbər verir ki, RBC-nin məlumatına görə, tədarükün artması istehsal həcmlərinin azalması ilə əlaqədardır.
Son aylarda Rusiya Belarusdan getdikcə daha çox benzin alır. Milli Birja Qiymətləri Agentliyinin məlumatına görə, 1-22 may tarixlərində Sankt-Peterburq Birjasında Belarus neft emalı zavodlarından 17340 ton benzin satılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 dəfə çoxdur. Əvvəllər bildirildiyi kimi, Ukraynanın dron hücumları Rusiyanın daxili yanacaq istehsalının təxminən 20 faizini itirməsinə səbəb olub.
Xüsusilə, Rusiyanın mərkəzindəki ən böyük neft emalı zavodu olan Moskva Neft Emalı Zavodu ən azı altı ay müddətinə fəaliyyət göstərməyəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB