Bu ilin yanvar-may aylarında Azərbaycan 23,25 milyon ABŞ dolları dəyərində 10 min 460 ton pambıq iplik ixrac edib.
SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,35 milyon ABŞ dolları (2,3 dəfə), həcm baxımından isə 6 min 378 ton (2,5 dəfə) çoxdur.
Hesabat dövründə sözügedən məhsulun qeyri-neft sektoru üzrə ixracda payı 0,4 %, ölkənin ümumi ixracında payı isə 0,1 % olub.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB