Bu ilin yanvar-may aylarında Azərbaycanda 44 min 377 ton duz istehsal edilib.
SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur.
Təkcə mayda isə ölkədə 9 min 498 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 37 % çoxdur.
2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB