“Qazprom”un səhm qiyməti rekord həddə düşüb...

Psixoloji həddin altında...
“Qazprom”un səhm qiyməti rekord həddə düşüb...

...SİA xəbər verir ki, Moskva Birjasının məlumatlarına görə, “Qazprom” səhmləri 22 iyun bazar ertəsi günü ən aşağı qiymətə 4,4 faiz düşərək səhm başına 99,9 rubl olub. Səhmlərin qiyməti sonuncu dəfə 23 yanvar 2009-cu ildə 100 rubldan aşağı düşmüşdü.

RBC-nin məlumatına görə, “Qazprom” səhmləri ardıcıl beşinci sessiyadır ki, ucuzlaşır.

...Fond bazarı təzyiq altında qalır. Getdikcə daha çox mənfi geosiyasi xəbərlər yayılır. Məncə, bu, əsas problemlərdən biridir, - FG Finam-ın Strategiya üzrə direktoru Yaroslav Kabakov deyir.

Moskva Birjası İndeksi bazar ertəsi günü ən aşağı qiymətə 3,73 faiz düşərək 2330,2 bal təşkil edib, RTS İndeksi isə altı ayda ilk dəfə 1000 baldan aşağı düşüb.

Bütün bazarda satışlar baş verir, yalnız bir neçə səhm yaşıl rəngdə qalıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə