Biləsuvarda 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş regional müşavirə işə başlayıb
Biləsuvar şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirə işə başlayıb.
SİA xəbər verir ki, müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər və digər iştirakçılar bir araya gəliblər.
Tədbirdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, kənd təsərrüfatı və balıqçılıq sektorunun inkişafı, müasir istehsal və emal imkanlarının genişləndirilməsi, həmçinin regionlarda aqrar sahənin dayanıqlı inkişafına dair məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB