"ABŞ–İran münaqişəsi geosiyasi risklərin yüksəlməsinə ciddi təsir göstərir" - İQTİSADÇI
ABŞ–İran müharibəsi qlobal iqtisadiyyata əsasən “geosiyasi risk” və enerji qiymətləri vasitəsilə təsir göstərir. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, belə münaqişə xüsusilə Yaxın Şərqdən neft və qaz ixracını təhlükə altına atdığı üçün dünya bazarında enerji qiymətləri sürətlə arta bilər. "Neftin bahalaşması isə demək olar ki, bütün ölkələrdə inflyasiyanı yüksəldir, çünki yanacaq, elektrik, nəqliyyat və istehsal xərcləri artır.
Ən çox zərər görən sahələrdən biri enerji və nəqliyyat sektorudur. Dəniz daşımaları və aviasiya şirkətləri artan risk və yanacaq xərcləri səbəbindən əlavə maliyyə yükü ilə üzləşir. Eyni zamanda, logistika zəncirləri pozula bilər ki, bu da məhsulların gecikməsinə və qiymətlərin artmasına gətirib çıxarır.
Bundan başqa, fond bazarları və investisiya mühiti də mənfi təsirə məruz qalır. Qeyri-müəyyənlik artdıqda investorlar daha riskli aktivlərdən uzaqlaşır və bu da bazarlarda dalğalanmaları gücləndirir. Sığorta və beynəlxalq ticarət sahələri də çətinliklərlə üzləşir; xüsusilə gəmiçilik və yük daşımalarında sığorta xərcləri yüksəlir.
Uzunmüddətli münaqişə davam edərsə, qlobal iqtisadi artım zəifləyə və bir çox ölkələrdə iqtisadi sabitlik pozula bilər".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB