Azərbaycanın turizm xidmətləri balansında I rübdə 7 milyon dollarlıq profisit yaranıb
Bu ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsinin dəyəri 626,9 milyon ABŞ dolları təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 16,6 % azdır.
Hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixracın dəyəri təxminən 316,7 milyon ABŞ dolları olmaqla 310,2 milyon dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 6,5 milyon dolları profisit yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3,5 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4,7 % azalıb.
Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyərinin 75,2 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB