"Müharibələrin iqtisadiyyata təsiri müxtəlifdir. Bu təsiri iqtisadi baxımdan qruplaşdırdıqda, ölkələr arasında baş verən müharibələr və digər xarici münaqişələrin iqtisadiyyata təsiri kimi fərqləndirmək mümkündür".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
.jpg)
Onun sözlərinə görə, iki ölkə arasında baş verən müharibənin iqtisadiyyata təsiri həmin ölkələrin iqtisadi vəziyyətindən asılıdır:
"Təbii ki, güclü iqtisadiyyata malik olan ölkə bu cür vəziyyətlərdən daha tez toparlana bilir, dağıntı və fəsadların aradan qaldırılması üçün lazım olan külli miqdarda vəsaiti təmin edə bilir. Əgər ölkənin milli valyutası sabitdirsə, devalvasiyaya qarşı daha dayanıqlı olur, əks halda isə kəskin dalğalanmaların qarşısı ehtiyat valyuta ehtiyatları hesabına müəyyən qədər alına bilir.
İkinci məsələ isə iki ölkə arasında baş verən siyasi gərginlik və ya müharibənin üçüncü ölkələrə təsiri ilə bağlıdır. Həmin üçüncü ölkə ya idxalçı, ya da ixracçı kimi çıxış edir. İdxalçı olduğu təqdirdə idxal etdiyi məhsulların qiymətində artım baş verir, bu isə daxili bazarda ümumi qiymət artımına səbəb olur.
Digər tərəfdən, ixracla bağlı vəziyyət də mühüm rol oynayır. Müharibə şəraitində məhsulun növündən asılı olaraq ixrac həcmi əksər hallarda azalır. Məhsulun az ixrac olunması valyuta gəlirlərinə mənfi təsir göstərir. Bu da daxili bazarda müəyyən hallarda bolluq və qiymətlərin ucuzlaşmasına səbəb ola bilər, əgər alternativ bazarlar mövcud deyilsə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB