“Gürcüstanda Türkiyənin “Troya” ödəniş sistemi tətbiq olunur“ -ZAKİR NURİYEV
Sərhədyanı ödəniş platformaları xidmətlərin maya dəyərinin azalmasına və ödəniş sistemlərinin daha səmərəli fəaliyyətinə imkan yaradır.
SİA xəbər verir ki, bu fikirləri “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq Gürcüstan da bu istiqamətdə prosesə qoşulub və sərhədyanı ticarətin inkişafı üçün mövcud platformalardan qarşılıqlı istifadə imkanları genişlənməkdədir.
Z.Nuriyev qeyd edib ki, məsələn, Gürcüstanda Türkiyənin “Troya” ödəniş sistemi tətbiq olunur və bu kimi inteqrasiyalar xidmətlərin maya dəyərinin daha da aşağı düşməsinə şərait yaradır. Eyni zamanda, ilkin mərhələdə ölkə daxilində Ani Ödənişlər Sisteminin inkişafı və QR kod ödənişlərinin genişləndirilməsi prioritet olaraq qalır.
Onun sözlərinə görə, “interchange” xərclərinin azaldılması istiqamətində görülən tədbirlər də bu prosesə mühüm töhfə verir. Nəticədə biznes subyektlərinə daha keyfiyyətli və daha əlverişli qiymətlərlə xidmətlərin təqdim olunması təmin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB