Dünya əmtəə bazarlarında qızılın qiyməti 4 min dollardan aşağı enib. SİA xəbər verir ki, noyabrın 1-də qızıl və gümüşün qiyməti dünya bazarlarında ucuzlaşıb.
Comex birjasında qızılın (Gold Futures) bir unsiyası 19,40 ABŞ dolları və ya 0,48% azalaraq 3 996,50 ABŞ dollarına, spot qızılın (Gold Spot) qiyməti isə 21,62 ABŞ dolları və ya 0,54% azalaraq 4 002,92 ABŞ dollarına enib.
“Comex”də gümüşün (Silver Futures) bir unsiyası isə 0,46 ABŞ dolları və ya 0,94% azalaraq 48,16 ABŞ dolları təşkil edib.
Məlumata görə, qiymətlərin azalmasına ABŞ dollarının möhkəmlənməsi və investorların riskli aktivlərə meylinin artması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB