Dünya bazarlarında neftin qiyməti 65 dollara yaxınlaşıb

Dünya bazarlarında neftin qiyməti 65 dollara yaxınlaşıb

Dünya bazarlarında neftin qiyməti 65 dollara yaxınlaşıb. SİA xəbər verir ki, dünya bazarlarında neft qiymətlərində cüzi artım olub.

Nymex-də WTI markalı xam neftin qiyməti 0,41 ABŞ dolları və ya 0,68% artaraq bir barel üçün 60,98 ABŞ dollarına yüksəlib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin qiyməti isə 0,40 ABŞ dolları və ya 0,62% artaraq 64,77 ABŞ dolları təşkil edib.

Qiymət artımı əsasən Yaxın Şərqdə gərginliyin davam etməsi və ABŞ-da ehtiyatların azalma ehtimalı ilə bağlı bazar gözləntiləri fonunda baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə