Daxili bazarda kərə yağının qiyməti niyə xarici bazadan daha yüksəkdir? - İQTİSADÇI AÇIQLADI
Cari ilin yanvar-avqust aylarında Azərbaycan 3 700 tondan çox kərə yağını xarici ölkələrə ixrac edib və bu satışdan 25 milyon dollara yaxın gəlir əldə olunub. Əsas ixrac həcmləri Rusiya, Özbəkistan və Türkmənistana yönəlib. Maraqlıdır ki, xaricdə kiloqramı 9-12 manata satılan kərə yağı daxili bazarda 20-22 manata təklif olunur. Bəs bunun səbəbi nədir? Daxili bazarda kərə yağının qiyməti niyə xarici bazadan daha yüksəkdir?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, daxili bazarda satılan kərə yağı ilə xaricə satılan kərə yağının qiymətlərdə müəyyən fərqlər olur:
 "Birincisi, ona görə daxili bazarda satılan kərə yağının qiyməti xaricə satılandan nisbətən bahadır ki, tələbin təklifi üstələməsi məsələsi var. Tələb nə qədər təklifi üstələsə də, yenə də daxili tələbatı ödəmək olmur. Yəni, bizim insanlarımız ənənəvi olaraq həm adi qaydada səhər yeməyində, həm də yeməklərdə istifadə etdiyi – gündəlik rasionda ən çox istifadə olunan yağlardan biri kərə yağıdır. Bu baxımdan da tələb təklifi ödəmir və qiymətlərdə disbalans yaranır. Eyni zamanda daxili bazarda müəyyən faizlərin maya dəyərinin yüksək olması məsələsi var. Məhsulu Azərbaycanda istehsal etsək də, onun bir çox inqredienti xaricdən gətirilir. Bu zaman gömrük rüsumları, daşınma, logistika, sertifikatlaşdırma və digər xərclər maya dəyərinə təsir edir və nəticədə qiymətlər artır.

Digər tərəfdən, yerli bazardakı məhsul əsasən pərakəndə satışla təqdim olunur, xaricə satılanda isə toptan qiymətlərlə satılır. Bundan əlavə, ölkə daxilində satılan kərə yağlarına müəyyən vergi güzəştləri tətbiq olunur. Lakin ixracda sadələşdirilmiş gömrük prosedurları, subsidiyalar və aşağı gömrük xərcləri ilə sahibkar məhsulu daha rahat şəkildə xaricə çıxara bilir. Eyni zamanda, marketlərdə 10%, 30%, bəzən də 50%-ə qədər ticarət əlavəsi qoyulur ki, bu da yekun qiymətə təsir edir. Beləliklə, daxildə satılan kərə yağı ilə xaricdə satılan arasında qiymət fərqləri obyektiv və subyektiv səbəblərə görə yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə
 
    .jpg)

.jpg)
 
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB