Dünya Bankının Azərbaycandakı perspektivləri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMB-dən SİA-ya bildirilib ki, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub. Eyni zamanda, Mərkəzi Bank ilə əməkdaşlıq çərçivəsində DB tərəfindən icra edilən “Maliyyə sektorunun modernləşdirilməsi 3” layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə danışılıb.

Görüşdə, həmçinin DB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə