Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Həftəsi keçiriləcək
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin artırılması, rəqəmsallaşma və investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd edilib.
Diqqətə çatdırılıb ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.
Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB