İnfluenserlər və bloggerlər etdikləri reklama görə vergi ödəyirlər? -HÜQUQŞÜNAS AÇIQLADI

“Qiymətlərin müəyyən olunması xidmət göstərən subyektlərin özünə aiddir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə Vergi Məcəlləsində qeyd olunur ki, reklam fəaliyyəti ilə əldə olunan gəlirlərdən gəlir vergisi 20 % təşkil edir: “Eyni zamanda "Reklam Haqqında" qanuna bu ilin aprel ayında edilən dəyişikliklərlə yeni bir maddə əlavə olundu. Orada qeyd olunur ki, bloggerlər, reklam fəaliyyəti ilə məşğul olan şəxslər reklam etdikləri məhsulun sponsoru olduqlarını mütləq şəkildə qeyd etməlidirlər. Bundan başqa reklam etdikləri məhsulun lisenziyasını və ya sertifikatını mütləq şəkildə reklam çarxında yerləşdirməlidirlər. Bu halların pozulması inzibati məsuliyyət yaradır. Reklam verənlə reklam fəaliyyəti ilə məşğul olan şəxs arasında mütləq şəkildə müqavilə imzalanmalıdır. Reklam məbləği rəsmi şəkildə reklam fəaliyyəti ilə məşğul olan şəxsin hesabına köçürülməlidir və bu məbləğin 20%-i gəlir vergisi kimi tutulmalıdır.

Reklam verən şəxslər istədiyi influenserlərin və bloggerlərin səhifələrində, həmçinin mediada reklam verməkdə sərbəstdirlər. Reklam fəaliyyətinin vergiyə cəlb olunması Vergilər Nazirliyinin səlahiyyətindədir. Qeyd etdiyim kimi "Reklam Haqqında" qanunun pozulmasına görə konkret cərimə məbləğləri var”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə