Azərbaycan hökuməti biznes mühitindəki çağırışların həlli istiqamətində addımlar atır - Dünya Bankı
Azərbaycan hökuməti biznes mühitindəki çağırışların həlli istiqamətində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə addımlar atır. SİA xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə böyük iqtisadçısı Nadir Ramazanov Dünya Bankının Azərbaycan üzrə Dövri İqtisadi Hesabatının təqdimat tədbirində deyib.
N.Ramazanov qeyd edib ki, Rəqabət Məcəlləsi 2024-cü ildə qəbul edilib, bu da hüquqi bazanı birləşdirərək, rəqabətə dair əsas qaydaları və tənzimləmələri müəyyənləşdirib. Hökumət lisenziya və icazələrin alınması prosesini sadələşdirib, onların verilməsini “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə mərkəzləşdirib.
“Lisenziyalar və icazələr elektron formada, “Lisenziyalar və icazələr” portalı vasitəsilə təqdim olunur ki, bu da bizneslər üçün xərcləri azaldır. Əhəmiyyətli vergi islahatları həyata keçirilib, əmək münasibətlərində şəffaflığın artırılması və qeyri-rəsmi məşğulluğun azaldılması təşviq olunur. Dövlət müəssisələrinin idarəçiliyində də mühüm irəliləyişlər əldə olunub, o cümlədən əsas dövlət korporasiyalarında ilk dəfə olaraq müşahidə şuralarının və idarə heyəti komitələrinin yaradılması təmin edilib”, - deyə N.Ramazanov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB