Son 5 ildə Azərbaycan sığorta bazarı orta hesabla 10 faiz böyüyüb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu artım göstəriciləri həyat və qeyri-həyat sığorta şirkətləri üzrə fərqli templərlə müşahidə olunub: “Xüsusilə son illərdə həyat sığorta şirkətlərinin aktivlərində daha yüksək artım tempi qeydə alınıb. Hazırda sığorta bazarında yığımların əsas hissəsi həyatın yaşam sığortası (investisiya yönümlü məhsul), avtonəqliyyat vasitələrinin icbari sığortası və icbari tibbi sığorta məhsulları üzrə formalaşır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB