Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.80% azalaraq 3 987.7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0.31% azalaraq 46.63 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə