Bu il müxtəlif marşrut reysləri üzrə 380 müsabiqə keçirilib

2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380 marşrut reysi üzrə müsabiqələr keçirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, bu dövr ərzində “Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, MAN, “TEMSA HD 12”, “Hyundai County” markalı 115 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib.

Bu isə Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 35 faizini təşkil edir. Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə istismara buraxılıb. Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.

Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 faizi “biletim.az” portalına qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə