Dünya bazarlarında neft bahalaşır

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,18% artaraq 1 barelə görə 65,32 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,23% artaraq 61,64 ABŞ dollarına bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə