Azərbaycan buğda idxalını 16 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 878 min 669 ton buğda idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 188 milyon 580 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 119 min 713 ton (16 %), dəyər baxımından isə 22 milyon 127 min ABŞ dolları (13,2 % ) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə