“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, layihə üzrə Əlincəçaya düşən hissədə sel sularının qarşısını almaq məqsədilə müvəqqəti suötürən boru kəmərinin çəkilişi yekunlaşmaq üzrədir.
Mövcud trapesiya tipli kanalın 800 paqanometr hissəsi sökülərək yenidən qurulub və həmin sahədə işlər tam başa çatdırılıb. Hazırda düzbucaqlı kanalın birinci hissəsində (Piket 12.60-dan başlayaraq) söküntü və paralel olaraq tikinti işləri həyata keçirilir. Düzbucaqlı kanalın ikinci hissəsində — Bənəniyar gölünə tökülən 500 paqanometr sahədə torpaq işləri başa çatdırılıb, ərazi inşaata hazır vəziyyətə gətirilib. Bu hissəyə beton maşınlarının və iri texnikaların daxil olması mümkün olmadığından, göl ətrafında relyefi daha az mail olan istiqamətdə 2–3 kilometr məsafədə torpaq yolu genişləndirilərək işlək vəziyyətə salınıb.
Hazırda bütün planlama işləri tamamlanıb, yaxın günlərdə həmin ərazidə də tikintiyə başlanılması nəzərdə tutulur. Şüşə lifli boruların quraşdırılacağı dağlıq ərazidə 1 km uzunluğunda, 10–14 metr enində torpaq işləri görülüb. Ümumi layihə çərçivəsində 80-dən çox müxtəlif qurğunun inşası planlaşdırılır.
Layihənin ümumi icra müddəti 22 ay olaraq müəyyən edilib və 2027-ci ilin iyul ayında tam təhvil verilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB