Azad edilmiş ərazilərə Türk dövlətlərinin dəstəyi qardaşlıq həmrəyliyinin təcəssümüdür - NAZİR
Türk dövlətləri daim ikitərəfli platformalarda bir-birlərini dəstəkləyir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə türk dövlətləri tərəfindən verilən dəstək qardaşlıq həmrəyliyinin təcəssümüdür. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu ilin yanvar-sentyabr ayında ölkələr arasında ticarət dövriyyəsinin artım dinamikası davam edib.
“Hazırda ölkəmizlə Türkiyə arasında preferensial ticarət sazişi və digər ölkələrlə azad ticarət qüvvədədir. Türk dövlətləri sənaye infrastrukturu, resurslar baxımından zəngindir. Azərbaycan son illərdə startapların və regional innovasiya ekosisteminin inkişafına xüsusi önəm verir. Dövlətlər arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri də insan resurslarının inkişafı və təhsildir. Bilik və təcrübə mübadiləsinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə M.Cabbarov diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB