Doqquz ayda müavinətlər üzrə 861, Prezident təqaüdləri üzrə 551 milyon manat ödənilib

Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 502 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 861 milyon manat, Prezident təqaüdləri üzrə 551 milyon manat ödənilib.

Bu ilin 9 ayında 119 min, sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən 840 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə