ARDNF neft-qaz sazişlərinin icrasından əldə etdiyi gəlirləri açıqlayıb

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri ötən illə müqayisədə 16,8 faiz azalaraq 7 milyard 837,7 milyon manat olub. SİA ARDNF-nin cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından 7 milyard 68,8 milyon manat (18,2 faiz azalma), bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat (1,66 faiz azalma), akrhesabı ödənişlər 3,6 milyon manat (sabit qalıb) gəlir əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə