Daşkəsəndə Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda təmir işləri aparılır - FOTOLAR
Daşkəsən rayonunda yerləşən, uzunluğu 24,9 kilometr olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun 10 kilometrlik hissəsində əsaslı təmir işləri aparılır. Daşkəsən rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, görülən işlər “31 saylı Yol İstismar” MMC və 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC tərəfindən həyata keçirilir.
Layihə çərçivəsində yolun bəzi hissələrində hərəkət zolaqları genişləndirilib, yağış və qrunt sularının yola zərər verməsinin qarşısını almaq məqsədilə müxtəlif diametrli suötürücü qurğular və beton kuvetlər quraşdırılıb. Yol yatağının gücləndirilməsi və yeni asfalt örtüyünün salınması ilə aparılan təmir işləri nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinə şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə