Naxçıvan Muxtar Respublikasında hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.
Hazırda muxtar respublika üzrə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə