Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 162 575,8 min olub, bu da illik müqayisədə 2,4% azalma deməkdir. SİA-nın verdiyi məlumata görə, bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar-sentyabr aylarında Bakı metropolitenindən 166 590,8 min sərnişin istifadə edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB