TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası Bakıda keçiriləcək
Oktyabrın 23-24-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək. Nazirlikdən SİA-ya bildirilib ki, iclasın keçirilməsində məqsəd TDT ölkələri arasında sənaye, elmi tədqiqat, innovasiya, texnologiya, investisiya, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir.
Toplantı çərçivəsində oktyabrın 23-də TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə işçi qrupun iclası keçiriləcək. İclasda Fəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq.
Oktyabrın 24-də TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri, elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq və digər istiqamətlərdə əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB