Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 370 ABŞ dollarını ötüb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə) qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,57% artaraq 4 372,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% artaraq 53,365 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə