III Azərbaycan Milli Şəhərsalma Forumu işini panel sessiya ilə davam etdirir - FOTOLAR
Xankəndidə “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günü panel sessiya ilə davam edir. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır. SİA-nın bölgə müxbiri xəbər verir ki, “Sosial-iqtisadi inkişaf, ərazi bərabərliyi və ətraf mühitin davamlılığı üçün şəhər-kənd əlaqələri” adlı panel sessiyaya Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai moderatorluq edir.
Xankəndi Konqres Mərkəzində keçirilən tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə