“Qarabağ torpağında qalib olmaq bizim üçün böyük qürurdur” - Elçin Əliməmmədov
“Bir çox bölgələrdə keçirilən yarışlarda iştirak etdik, amma məhz bu torpaqda — Qarabağda finalist olduq. Sevincimizin həddi-hüdudu yoxdur. Qarabağ torpağında qalib olmağın özü bir qürurdur". SİA xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş ümumrespublika müsabiqəsinin final mərhələsində Şuşa Elektrik Şəbəkəsinin aparıcı mühəndisi, Şuşa komandasının lideri Elçin Əliməmmədov deyib.
O, qeyd edib ki, Şuşa komandasının birinciliyi təkcə peşəkar uğur deyil, həm də Vətənə olan sevgi və sədaqətin göstəricisidir: “Bu qələbə bizim üçün simvolik əhəmiyyət daşıyır — çünki bu torpaqlarda işıq saçmaq, burada qalib olmaq bizim üçün ikiqat sevinc və qürurdur.”
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə