Naxçıvanda İqtisadi artım üzrə Alt İşçi qrupun iclası keçirilib

Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış İqtisadi artım üzrə Alt İşçi qrupun iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Alt İşçi qrupun rəhbəri Kazım Hüseynəliyev çıxış edərək, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

İclas çərçivəsində 2027–2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.

İclas zamanı İşçi qrupun üzvləri tərəfindən sözügedən istiqamətlər üzrə təkliflər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb, müzakirələrin növbəti iclasda davam etdirilməsinə dair razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə