Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb - FOTOLAR

Azərbaycan-Belarus biznes forumu çərçivəsində iki ölkənin şirkətləri arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb. SİA xəbər verir ki, Belarus tərəfdən müqavilələri “Rogachev Süd Konserv Zavodu” ASC-nin baş direktoru Vladimir Aleksandroviç Lutski imzalayıb. Azərbaycan tərəfindən isə 2 şirkət “Foodini” MMC və şirkətin baş direktoru Elçin Bilalov, “Yaylaq” MMC və şirkətin direktoru Şahin Hüseynov imzalayıblar.

İmzalanan müqavilələr süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünü ehtiva edir.

Yeni sazişlərin imzalanması Azərbaycan və Belarus arasında kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə