Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilir - FOTO

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilir. SİA xəbər verir ki, forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan sıx münasibətləri vurğulayıb, Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

Tədbirdə hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə