Hadrutda “Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi”nin final turu keçirilir - YENİLƏNİR/FOTOLAR

Hadrut qəsəbəsində “Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında ümumrespublika Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsinin” final mərhələsi keçirilir. SİA xəbər verir ki, final mərhələsi ölkənin müxtəlif regionlarından gələn peşəkar energetiklərin bilik və ustalığını nümayiş etdirməklə yanaşı, sahə üzrə təcrübə mübadiləsini təşviq etmək, həmrəyliyi gücləndirmək və peşəkar inkişafı dəstəkləmək məqsədi daşıyır.

Yarış iki mərhələdə – nəzəri və praktiki hissələrdə təşkil olunub.

Birinci mərhələdə komandalar ümumilikdə 50 sualı cavablandıracaq, ikinci mərhələdə isə energetiklər təmir, xilasetmə və yanğınsöndürmə üzrə bacarıqlarını nümayiş etdirəcəklər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə