Maliyyə Nazirliyi xəzinə vəsaitlərinin idarə olunmasından gəlirini açıqlayıb

2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu barədə SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə