Bakıda II İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Unec İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı ilə İslam Maliyyə Forumu keçiriləcək. SİA xəbər verir ki, forum 23 oktyabr 2025-ci ildə saat 09:00 – 13.30-a kimi Bakı şəhərində UNEC-in 2 saylı (Gənclik) tədris korpusunun Böyük konfrans zalında (Nərimanov ray., Həsən Əliyev küç., 135) baş tutacaqdır.

Keçən ildən başlayaraq hər il keçirilməsi planlaşdırılan bu Forumun əsas məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanları və inkişaf perspektivlərini sektorun ekspertlərilə müzakirə etməkdir. Tədbirdə 300-dən çox şəxsin iştirakı gözlənilir.

Tədbirin fəxri qonaqları sırasında Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə İdarəsinin (CBYFO) aparıcı şəxsi və Kuveyt Türk İslam bankının qrup müdiri də yer alacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə