Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əmək sahəsində 41 yeni dövlət standartı qəbul edilib. SİA AZSTAND-a istinadla xəbər verir ki, yeni dövlət standartları aşağıdakılardır:

-AZS EN 1497:2025 “Fərdi yıxılmadan mühafizə avadanlıqları - Xilasedici kəmərlər”"

-AZS EN 14126:2025 “Qoruyucu geyim - İnfeksion törədicilərə qarşı qoruyucu geyim üçün texniki səmərəlilik tələbləri və sınaq üsulları”

-AZS EN 17353:2025 Qoruyucu geyimlər - Orta riskli vəziyyətlər üçün daha yaxşı görünmə qabiliyyətinə malik avadanlıqlar- Sınaq üsulları və tələblər

-AZS ISO 12402 - 2:2025 Fərdi flotasiya vasitələri — Hissə 2: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 275) — Təhlükəsizliyə dair tələblər

-AZS ISO 12402 - 3:2025 Fərdi flotasiya vasitələri — Hissə 3: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 150) — Təhlükəsizliyə dair tələblər

-AZS ISO 12402 - 4:2025 Fərdi flotasiya vasitələri — Hissə 4: Xilasedici jiletlər (texniki səmərəlilik səviyyəsi 100) — Təhlükəsizliyə dair tələblər

-AZS ISO 12402 - 5:2025 Fərdi flotasiya vasitələri — Hissə 5: Üzmə qabiliyyətinə malik köməkçi vasitələr (səviyyə 50) — Təhlükəsizliyə dair tələblər

-AZS ISO 12402 - 6:2025 Fərdi flotasiya vasitələri — Hissə 6: Xüsusi təyinatlı xilasedici jiletlər və üzmə qabiliyyətinə malik köməkçi vasitələr — Təhlükəsizliyə dair tələblər və əlavə sınaq üsulları

-AZS ISO 12402 - 8:2025 Fərdi flotasiya vasitələri — Hissə 8: Aksesuarlar — Təhlükəsizliyə dair tələblər və sınaq üsulları

-AZS ISO 12402 - 9:2025 Fərdi flotasiya vasitələri — Hissə 9: Qiymətləndirmə

-AZS ISO 13506 - 1:2025 İstilik və alovdan qoruyucu geyim — Hissə 1: Xüsusi geyimlər üçün sınaq üsulu — Alətlərlə təchiz olunmuş manekendən istifadə edərək ötürülən enerjinin ölçülməsi

-AZS ISO 13997:2025 Qoruyucu geyim — Mexaniki xüsusiyyətlər — İti predmetlərin kəsici təsirinə qarşı müqavimətin təyini

-AZS ISO 15831:2025 Geyim. Fizioloji təsirlər Termomaneken üzərində istilik izolyasiyasının ölçülməsi üsulu

-AZS ISO 16321 - 3:2025 Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 3: Torlu qoruyucular üzrə əlavə tələblər

-AZS ISO 18526-3:2025 Gözlərin və üzün mühafizəsi – Sınaq üsulları – Hissə 3: Fiziki və mexaniki xassələr

-AZS ISO 19918:2025 Qoruyucu geyim – Kimyəvi maddələrə qarşı mühafizə – Aşağı buxar təzyiqinə malik kimyəvi maddələrin materiallar vasitəsilə kumulyativ nüfuzetməsinin ölçülməsi

-AZS ISO 20471:2025 Yüksək görünmə qabiliyyətinə malik geyimlər – Sınaq üsulları və tələblər

-AZS ISO 16321 - 2:2025 Əmək mühitində istifadə üçün göz və üz qoruyucu vasitələr — Hissə 2: Qaynaq və əlaqəli üsulların tətbiqi zamanı istifadə olunan qoruyucu vasitələrə dair əlavə tələblər

-AZS ISO 18640-2:2025 Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər

Fizioloji təsirlər Hissə 2: Yanğınsöndürənlərin geyindiyi qoruyucu geyimlərin yaratdığı fizioloji istilik yükünün təyini

-AZS EN 12628:2025 Dayvinq aksesuarları. Kombinə edilmiş üzmə qabiliyyətinə malik vasitələr və xilasetmə vasitələri. Funksionallıq və təhlükəsizliklə bağlı tələblər, sınaq üsulları

-AZS ISO/TS 30431:2025 İnsan resurslarının idarə olunması — İdarəetmə üzrə göstəricilər toplusu

-AZS ISO/TS 30425:2025 İnsan resurslarının idarəolunması — İşçi qüvvəsinin əlçatanlığı üzrə göstəricilər qrupu

-AZS ISO/TS 30411:2025 İnsan resurslarının idarə olunması. İşə qəbul keyfiyyəti ölçüsü

-AZS ISO 24178:2025 İnsan resurslarının idarə olunması – Təşkilati mədəniyyət üzrə göstəricilər klasteri

-AZS ISO 3463:2025 Kənd və meşə təsərrüfatları üçün traktorlar - Aşmaya qarşı qoruyucu konstruksiyalar (ROPS) - Dinamik sınaq üsulu və qəbul şərtləri

-AZS ISO 5006:2025 Torpaq işləri aparan maşınlar —Operatorun görmə sahəsi — Sınaq üsulu və effektivliyə dair meyarlar

-AZS ISO 10819:2025 Mexaniki vibrasiya və şok. Ələ və qola ötürülən vibrasiya. Əlcəklərin ovucda vibrasiya ötürmə qabiliyyətinin ölçülməsi və qiymətləndirilməsi

-AZS ISO 18640-1:2025 Yanğınsöndürənlər üçün nəzərdə tutulmuş qoruyucu geyimlər.

Fizioloji təsirlər. Hissə 1: Tərləyən gövdə strukturundan istifadə olunmaqla istiliyin və nəmin ötürülməsinin birgə ölçülməsi

-AZS ASTM E50:2025 Metalların, filizlərin və əlaqədar materialların kimyəvi analizi üçün cihazlar, reagentlər və təhlükəsizlik məsələləri üzrə Standart Təcrübələr

-AZS ISO/TS 30410:2025 İnsan resurslarının idarə edilməsi — İşə qəbulun təsiri göstəricisi

-AZS ISO/TS 30427:2025 İnsan resurslarının idarı edilməsi – Xərc göstəriciləri klasteri

-AZS ISO 30430:2025 İnsan resurslarının idarə edilməsi — İşə qəbul göstəriciləri klasteri

-AZS ISO 13995:2025 Qoruyucu geyimlər — Mexanik xüsusiyyətlər — Materialların dəlinməyə və dinamik yırtılmasına qarşı davamlılığının təyini üçün sınaq üsulu

-AZS ISO/TS 30421:2025 İnsan resurslarının idarə edilməsi — İşçi dövriyyəsi və işçilərin vəzifədə saxlanması göstəriciləri

-AZS ISO/TS 30433:2025 İnsan resurslarının idarə edilməsi — Varisliyin planlaşdırılması üzrə göstəricilər klasteri

-AZS ГОСТ 31581:2025 Lazer təhlükəsizliyi. Lazer məmulatlarının işlənib-hazırlanması və istismarı zamanı ümumi təhlükəsizlik tələbləri

-AZS ISO 11014:2025 Kimyəvi məhsullar üzrə təhlükəsizlik pasportu – Bölmələrin məzmunu və ardıcıllığı

-AZS ISO 23326:2025 İnsan resurslarının idarə edilməsi – İşçilərin işə bağlılığı – Rəhbər qaydalar

-AZS ISO/TR 30406:2025 İnsan resurslarının idarə edilməsi – Təşkilatlar dayanıqlı məşğulluğun idarə edilməsi

-AZS ISO/TS 30407:2025 İnsan resurslarının idarə edilməsi – Hər işə qəbul üzrə xərclər

-AZS ISO/TS 24179:2025 İnsan resurslarının idarə olunması.Əmək sağlamlığı və təhlükəsizliyi üzrə göstəricilər

Sözügedən dövlət standartları xilasedici jiletlərin fərqli səviyyələrinə və müxtəlif qoruyucu geyimlərə dair, həmçinin infeksion törədicilər, mexaniki zədələnmələr, kimyəvi təsirlərə qarşı təhlükəsizlik tələblərini, eləcə də insan resurslarının idarəedilməsinə dair göstəricilərə olan tələbləri müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqində məqsəd iş mühitində yarana biləcək təhlükələr barədə işçi heyətin məlumatlılığının artırılması, işçilərin fiziki və psixoloji rifahının təmin edilməsi, insan həyatına və sağlamlığına mənfi təsir göstərən risklərin azaldılmasıdır.

Qeyd edək ki, yeni dövlət standartları “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) konsensus əsasında qəbul olunub və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə