Azərbaycanda fiziki şəxslərin müddətli depozitlərinin həcmi açıqlanıb

Fiziki şəxslərin müddətli depozitləri artıb. SİA xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov “Maliyyə Sabitliyi Hesabatı” ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

A.Həsənov qeyd edib ki, cari il ərzində fiziki şəxslərin müddətli depozitləri 9,4 faiz və ya 0,81 milyard manat artaraq 9,4 milyard manata çatıb.

“Eyni zamanda, tələbli depozitlər 0,8 faiz və ya 0,05 milyard manat azalaraq 5,65 milyard manat təşkil edib. Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı da artaraq 11,7 faiz yüksələrək 168 min nəfəri ötüb. Bank sektoru yüksək mənfəətlilik fonunda 368 milyon manat məbləğində dividend ödənişi həyata keçirib. Eyni zamanda, sektor üzrə ümumi mənfəətlilik yüksək səviyyədə qalır. Kredit portfeli də 12 faiz artım göstərib və bu artım həm biznes, həm istehlak, həm də ipoteka kreditlərində müşahidə olunub”, - deyə Ataxan Həsənov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə