“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.
SİA xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
“Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir. İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz”, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə