İki ölkə enerji sahəsində əməkdaşlığın növbəti addımlarını müəyyənləşdirib - FOTOLAR

İzmirdə energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar görüş keçiriblər. SİA xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsində baylaşım edib.

İzmirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və nümayəndə heyətlərinin iştirakı ilə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığımızın inkişafına dair səmərəli görüş keçirdik. Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Həmçinin İzmirdə keçirilən Azərbaycan-İtürkiyə IV.Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qruplarının məruzələrini dinlənilərək əməkdaşlığın növbəti mərhələləri üzrə addımlar müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə