Əmtəə bazarlarında qızılın qiyməti 3 600 dollardan aşağı enib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,3% azalaraq 3 588,22 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,69% azalaraq 41,35 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə