Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMB-dan SİA-ya bildirilib ki, görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialı mövzularına dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları, həmçinin Asiya İnkişaf Bankının ölkənin maliyyə sektorunda iştirak perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə