AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 12% daha çox sərnişin daşıyıb. ADY-dən SİA-ya verilən məlumata görə, cari ilin avqustunda ADY 734 218 sərnişin daşıyıb.
Məlumata görə, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi isə (6 212 865 sərnişin) keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə