Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi aparılır - FOTOLAR

Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsini həyata keçirir. SİA Palataya istinadən xəbər verir ki, qiymətləndirmə 1900 nömrəli Həmkar Qiymətləndirməsinə dair INTOSAI Təlimatı əsasında həyata keçirilir.

Həmkar qiymətləndirilməsi çərçivəsində nümayəndə heyəti Palatanın aparat rəhbəri və struktur bölmə rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır.

Qiymətləndirmə prosesi Palatanın müstəqilliyi, fəaliyyətinin hüquqi əsasları, daxili idarəetmə və etika, auditlərin keyfiyyəti, hesabatlılıq, kadr və təlim potensialının inkişafı, maliyyə idarəetməsi və s. sahələri əhatə edir.

Qiymətləndirmə 2022-ci ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumu əsasında həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə