ADY yay mövsümi ilə əlaqədar bu marşrutlar üzrə qatar reyslərini artırıb - QURUMDAN AÇIQLAMA

"Həftəsonu istirahətini, eləcə də yay tətilini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənləri nəzərə alaraq, ADY-nin Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarları mayın 31-dən etibarən həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında ADY-nin rəsmi nümayəndəsi Bəxtiyar Hacızadə deyib.

Onun sözlərinə görə, belə ki, qatarlarımız saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə