"Azərbaycanda 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb". SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Baş nazir deyib ki, strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb: "Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib".
Bütün xəbərlər Facebook səhifəmizdə