"61 yeni yaşayış massivində qazlaşdırılma işləri həyata keçirilib" - MƏTBUAT KATİBİ AÇIQLADI

"Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində əhalinin sosial rifahının yaxşılaşdırılması və enerji təminatı məqsədilə respublikanın müxtəlif bölgələrində qaz təchizatının yaxşılaşdırılması və yaşayış ərazilərinin qazlaşdırılma işləri davam etdirilib". Bu sözləri SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, cari ilin 11 ayında SOCAR “Azəriqaz” İB-nin daxili maliyyə resursları hesabına müxtəlif bölgələrdə 53 yaşayış məntəqəsində və 61 yeni yaşayış massivində qazlaşdırılma işləri həyata keçirilib: "Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərşivəsində Respublikada 562 kilometr, o cümlədən, Bakı şəhərinin yeni yaşayış massivlərində 40 kilometrə yaxın müxtəlif diametrli qaz kəmərləri çəkilib".

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin SOCAR “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri geniş vüsət almışdı: "Qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,3 faizə çatıb. 01.12.2022-ci il tarixinədək təbii qazdan istifadə edən abonentlərin ümumi sayı 2460016-ya çatmışdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə