Lənkəran Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Lənkəran Dövlət Dram Teatrı da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəşəriyyətin bəlasına çevrilmiş COVID 19-koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə sosial həmrəylik nümayiş etdirilməsi barədə nəcib tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.

Teatrın direktoru Tofiq Heydərovun SİA-ya verdiyi məlumata görə, rəhbərlik etdiyi kollektivin adından müəyyən miqdarda vəsait ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

"Dünyanı cənginə almış koronavirus pandemiyasının respublikamızın ərazisində yayılmasının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin tapşırıqları əsasında hökümətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində əlimizdən gələni əsirgəmirik. İlin sonuna kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığımız qədər vəsait köçürməyi qarşımıza məqsəd qoymuşuq,"-deyə Tofiq Heydərov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə